Putin Azərbaycanda işgüzar səfərdə - FOTO

Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
  • Siyasət / Manşet

  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

    Asiya.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

    ***

    Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.


    Asiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

    Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış ediblər.

    ***

    Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

    Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.

    Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdirdilər.

    ***

    Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

    Asiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

    Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası oldu. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar Azərbaycan komandasının 5:1 hesablı üstünlüyü ilə başa çatdı. Dörddəbir finalda Yaponiya komandasına 2:4 hesabı ilə məğlub olan millimiz təsəlliverici görüşlərə qatıldı. Bu mərhələdə Niderland komandasına 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medallar uğrunda həlledici görüşə vəsiqə qazandı.

    Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu – Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi-57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi-70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi-73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi-90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.

    Dörddəbir finalda Almaniya millisi ilə qarşılaşan Rusiya komandası rəqibini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa idmançılarına məğlub olan Rusiya cüdoçuları üçüncü yerlə kifayətləniblər.

    Yarışlardan sonra Prezident İlham Əliyev Azərbaycan idmançıları ilə görüşüb.


    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    Putin Azərbaycanda işgüzar səfərdə - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər