Azərbaycanın neçə general-polkovniki var? - SİYAHI

Azərbaycanın neçə general-polkovniki var? - SİYAHI
  • Maraqlı / Araşdırma

  • Xəbər verdiyimiz kimi, dünən İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da M.Quliyev də bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub.

    Asiya.az Axar.az-a istinadən ölkəmizdə hazırda bu rütbəni daşıyan şəxslərin təxmini siyahısını təqdim edir:

    1. Zakir Həsənov - Müdafiə naziri

    2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

    3. Ramil Usubov - Daxili İşlər naziri

    4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

    5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

    6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

    7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

    8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2012)

    9. Səfər Əbiyev - Azərbaycan Respublikasının eks-müdafiə naziri

    10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

    11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

    12. Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri

    13. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    15. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik).
    PAYLAŞ:

    Oxşar xəbərlər