İran niyə Azərbaycana viza rejimi tətbiq etmək istəyir? (ŞƏRH)

İran niyə Azərbaycana viza rejimi tətbiq etmək istəyir? (ŞƏRH)
  • Siyasət

  • İran qarşıdakı aylarda Azərbaycana viza rejimi tətbiq edə bilər.

    EkoNews xəbər verir ki, bu barədə rəsmi qərar olmasa da, yerli media viza tətbiq edilən ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda Azərbaycan da yer alıb.

    İqtisadçı-ekspert Rəşad Həsənov İranın Azərbaycana viza tətbiq etmək istəməsi xəbərini EkoNews-a şərh edib:

    "Azərbaycan viza sistemində qeyri müəyyənlik var. 2015-ci ildən etibarən Körfəz ölkələrinə viza qaydaları sadələşdirildi və nəticədə ölkəyə çoxlu turist cəlb olundu. Lakin Azərbaycan vətəndaşlarının vizasız gedə bildiyi Türkiyə və İranla bağlı hər hansı addımlar atılmadı. İranın bu qərarı onu göstərir ki, Azərbaycanın bu məsələdə mövqeyi İran hökümətini də qane etmir".

    Qeyd edək ki, Azərbaycan vətəndaşları İran və Türkiyə daxil olmaqla 66 ölkəyə vizasız gedə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər