Prezident İmişlidə açılışlar edib (YENİLƏNİB/FOTOLAR)

Prezident İmişlidə açılışlar edib (YENİLƏNİB/FOTOLAR)
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev bu gün İmişli rayonuna səfərə gedib.

    Asiya.az xəbər verir ki, dövlət əvvəlcə Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

    Bu gün İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. İlham Əliyev mərasimdə iştirak edib.

    Dövlət başçısı tədbirdə çıxış edib. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezidentə Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

    Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basib. Sonda xatirə şəkli çəkdirilib.

    İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin və İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident yolların rəmzi açılışını bildirən lenti kəsib, xatirə şəkli çəkdirilib.

    Bu gün "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Dövlət başçısı da mərkəzin açılışında iştirak edib. İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

    Prezident bu gün İmişlidə Bayraq Muzeyinin açılışında da iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib, muzeydə yaradılan şəraitlə tanış olub.

    Bu gün həmçinin İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. Açılışda iştirak edən İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

    Prezident həmçinin İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Komplekslə tanışlıq zamanı İlham Əliyevə görülən işlər barədə məlumat verilib. Dövlət başçısı İmişli "ASAN xidmət” mərkəzini işə salıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər