Qar yağacaq, temperatur 5 dərəcə enəcək (XƏBƏRDARLIQ)

Qar yağacaq, temperatur 5 dərəcə enəcək (XƏBƏRDARLIQ)
  • Sosial

  • Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Asiya.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında isə oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər