Səbayel Rayon İcra Hakimiyyətinin başçısı kimdir- Dosye

Səbayel Rayon İcra Hakimiyyətinin başçısı kimdir- Dosye
  • Siyasət, Manşet

  • Prezidenti İlham Əliyev Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Bəs yeni icra başçısı kimdir?

    Asiya.az xəbər verir ki, Vüqar Zeynalov təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

    Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.

    2015-ci ilin 28 dekabr tarixindən bu günə kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, bu ilin yayında Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib.O, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər