Şamaxının yeni icra başçısının DOSYESİ

Şamaxının yeni icra başçısının DOSYESİ
  • Siyasət / Manşet

  • Azərbaycan Prezidenti İlham ƏliyevİN sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Tahir Məmmədov Bakı Dövlət universitetinin doktorantıdır.

    Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. İctimai Televiziyada departament direktoru olub.
    T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

    T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında "İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun "İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir./ölkə.az
    PAYLAŞ:

    Oxşar xəbərlər