Ərdoğan Həbibi Ankaraya dəvət etdi: Həmzə, onu mənim yanıma gətir

Ərdoğan Həbibi Ankaraya dəvət etdi: Həmzə, onu mənim yanıma gətir
  • Dünya

  • İstanbul aeroportundakı görüşün bəzi detalları açıqlanıb

    Xəbər verildiyi kimi, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov Türkiyənin İstanbul şəhərində 3-cü aeroportun açılışına qatılaraq zalda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    Dünən gecə həmin görüşün bəzi detalları açıqlanıb.

    Türkiyə mediası xəbər verir ki, prezident döyüşçü ilə yarı türk, yarı ingiliscə söhbət edib. Ərdoğan onu irlandlı Konor Makqreqor üzərində parlaq qələbəsinə görə təbrik edib.

    Türkiyənin gənclik və idman nazirinin köməkçisi Həmzə Yerlikayanın təşkilatçılığı ilə İstanbula gələn idmançını Ərdoğan Ankaraya - prezident iqamətgahına dəvət edib.

    O, Yerlikayaya müraciət edərək belə deyib: "Həmzə, onu sonra mənim yanıma gətir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər