Azərbaycanda ailə faciəsi: 3 və 5 yaşlı qardaşlar yanğında öldü

Azərbaycanda ailə faciəsi: 3 və 5 yaşlı qardaşlar yanğında öldü
  • Siyasət

  • Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.

    Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

    Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)
    PAYLAŞ:

    Oxşar xəbərlər