Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

Azərbaycanın tarixi bayraqları (FOTOLAR)
  • Maraqlı / Araşdırma / Manşet

  • Bu gün Azərbaycanda bayraq günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən üçrəngli bayrağımızın 100 yaşı tamam olur.

    Asiya.az qaynarinfo-ya istinadən Azərbaycan tarixində mövcud olmuş bir sıra dövlətlərin bayraqlarını sizlərə təqdim edir:

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Bu, Midiya dövlətinin bayrağı olub. İranın mərkəzi ərazilərində meydana gəlmiş bu dövlət türk sülaləsi tərəfindən idarə olunub.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Qaraqoyunlu dövlətinin bayrağı. XIV-XV əsrlər.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Bu, Ağqoyunlu dövlətinin bayrağıdır. Doğrudur bir sıra tarixçilər Ağqoyunlu dövlətinin bayrağında ağ qoç olduğunu söyləyir. Lakin bu bayraq modeli də Ağqoyunlulara şamil edilir.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Elxanilər dövlətinin süqutundan sonra yaranan Cəlairilər dövlətinə aid bayraq. XIV əsr.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Eldənizlər dövlətinin bayrağı. Bayraq XII əsrə aiddir.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Səfəvilər dövlətinə aid edilən bayraq. Şah İsmayılın dövrü. XVI əsr

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Səfəvilər dövlətinə aid bayraqdır. Bir çox tarixi mənbələrdə təsviri verilib. XVII əsrə aid olunur.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Bakı xanlığının bayrağıdır. XVIII əsr.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Şəki xanlığına aid edilir. Şəki xan sarayında bu bayrağa rast gəlmək mümkündür. XVIII əsr.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Qarabağ xanlığına aiddir. Mehdiqulu xanın zamanı. XIX əsrin əvvələri.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    İrəvan xanlığının bayrağı. Sonuncu İrəvan xanı Həsən xan bu bayraqla ruslara müqavimət göstərib.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Gəncə xanlığına aid edilən bayraq. Xanlığın əsasını qoymuş II Şahverdi xan Qacarın dövrü.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Bu da Gəncə xanlığına aid edilən bayraqdır. Cavad xanın dövrü. XIX əsrin əvvəlləri

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Nadir şah Əfşarın qəbul etdiyi bayraq. XVIII əsrin birinci yarısı.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Qacarlar
    dövrünə aid edilən bayraq. XIX əsr

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Azərbaycan Xalq Cumhuriyyətinin ilk bayrağı. 24 iyun 1918-ci ildə Gəncə şəhərində qəbul olunub.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Azərbaycan Xalq Cumhuriyyətinin 9 noyabr 1918-ci ildə Bakıda qəbul etdiyi bayraq.

    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Azərbaycan SSR-nin bayrağı.


    Azərbaycanın tarixi bayraqları (FOTOLAR)

    Azərbaycan Respublikasının bayrağı. 5 fevral 1991-ci ildə qəbul olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər