Beynəlxalq bank işi: İki vəzifəli şəxsə hökm oxundu

Beynəlxalq bank işi: İki vəzifəli şəxsə hökm oxundu
  • Manşet / Hadisə

  • Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Asiya.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Rüfət Muradov 8 il, Anar Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Rüfət Muradovla Anar Vəliyev vəzifədə işlədikləri dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyiblər. Hər iki təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

    Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər