Elektrik yarımstansiyasında partlayış- Yaralanan var- Yenilənib

Elektrik yarımstansiyasında partlayış- Yaralanan var- Yenilənib
  • Olay

  • Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

    Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Xəsarət alanlardan birinin adı məlum olub. Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    ***

    Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

    Asiya.az xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

    Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Gəncə Şəhər Təcili Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib:

    “Bir nəfər 48 yaşlı kişi yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxsin ad, soyadı bəlli deyil. Hazırda həkimlər ona müvafiq tibbi yardım göstərir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər