Milli Məclis hökumətə 8 gün vaxt verdi

Milli Məclis hökumətə 8 gün vaxt verdi
  • Siyasət

  • Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

    Asiya.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

    O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.

    Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.

    O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər