Azərbaycanlı müğənni 28 ildir atasını axtarır: “Atam Masallıdan idi”

Azərbaycanlı müğənni 28 ildir atasını axtarır: “Atam Masallıdan idi”
  • Mədəniyyət

  • Müğənni Rahidə Baxışova "5/5” verilişinin "Unuda bilmirəm” rubrikasının qonağı olub.

    Sənətçi atasının illər əvvəl itkin düşdüyünü deyib.

    Müğənni bildirib ki, 28 ildir atasını axtarır:

    "Atam Masallıdan idi. Ailədə dörd uşaq olmuşuq. Atam 1990-cı ildə getdi və qayıtmadı. Nə ölüsünü, nə də dirisini tapdıq. Biz onu çox axtardıq, amma tapmadıq. Atamı 10 yaşımda itirdim. 20 Yanvar hadisələri ərəfəsi idi. Düşünürəm ki, dünyasını dəyişib. Həmişə onun ruhuna dualar edirəm. Anam xəstəxanalara, morqa getdi, tapılmadı. Anam bizi əziyyətlə böyütdü. Onun ətrafında heç kim yox idi ki, kömək etsin”, - deyə Rahidə bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər