Əli Kərimli və Cəmil Həsənli saxlanıldı- Video

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı- Video
  • Siyasət / Manşet

  • Müxalifət liderləri Milli Dirçəliş Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edərkən saxlanılıb

    17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifət fəallarının saxlanıldığı bildirilir. Saxlanılanlar arasında Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də var.

    Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının məlumatında deyilir.

    Hazırda polis əməkdaşları Səbail rayon Polis İdarəsinin qarşısına toplaşan çoxsaylı müxalifət fəllarını avtobusa dolduraraq aparır. Hadisə yerində çəkiliş aparan jurnalistlər də oradan uzaqlaşdırlıb. Canlı yayım aparan jurnalistlərə və blogerlərə imkan verilmir.

    Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şəkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.

    Daha sonra əraziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifət fəalının saxlanıldığı bildirilir.

    Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirdiyinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP sədri Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

    AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır.

    Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifət fəallarının saxlanması ilə bağlı məlumat almaq mümkün olmayıb.

    İndiki anda çoxsaylı müxalifət fəalı Sabil rayon Polis İdarəsinin qarşısına toplaşıb. Onlar ziyarət məqsədi ilə toplaşan müxalifət fəallarının saxlanmasının səbəblərini öyrənməyə çalışır.

    PAYLAŞ:

    Oxşar xəbərlər