MKİ Trampa AÇIQLADI: Qaşıqçının öldürülməsini o, əmr edib - ŞOK İDDİA (FOTO)

MKİ Trampa AÇIQLADI: Qaşıqçının öldürülməsini o, əmr edib - ŞOK İDDİA (FOTO)
  • Dünya

  • ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) səudiyyəli jurnalist Camal Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

    Bu haqda MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşri yazıb.

    “Bu işin içində şahzadənin olduğuna dair dəlillər ABŞ prezidenti Donald Trampa gizlicə göstərildi, ancaq Trampın cinayət əmrini Məhəmməd bin Salmanın verdiyinə dair hələ şübhələri var idi”, - mənbə bildirib.

    Qeyd edilir ki, Ağ Evin başçısı MKİ və Dövlət Departamentinin rəhbərliyindən Qaşıqçının cəsədinin harada olduğunu soruşub, lakin cavab almayıb.

    MKİ Trampa AÇIQLADI: Qaşıqçının öldürülməsini o, əmr edib - ŞOK İDDİA (FOTO)

    Səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda boğularaq öldürülməsindən sonra “qətl qrupu” cəsədi parçalara ayırmadan əvvəl ona qanın ətrafa dağılmasının qarşısını alan iynə vurub.

    Bu haqda Türkiyənin “Hürriyyət” nəşri yazıb.

    Nəşr qeyd edib ki, məqsəd cinayətin törədildiyi yerdə hər hansı dəlil buraxmamaq olub.
    Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

    Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

    Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

    Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öIdürülüb. (Publika.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər