FHN yaralı hərbçini dağıntılar altından belə çıxardı – Video

FHN yaralı hərbçini dağıntılar altından belə çıxardı – Video
  • Olay

  • Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılması görüntülərini yayıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.

    O.Məmmədli xilas edilərkən hərbi formada olub.

    Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.

    Dağıntılar altında qalanlar var.


    PAYLAŞ:

    Oxşar xəbərlər