Axtarışda olan məşhur meyxanaçının yeni — FOTOLARI YAYILDI- Yenilənib

Axtarışda olan məşhur meyxanaçının yeni — FOTOLARI YAYILDI- Yenilənib
  • Manşet / Hadisə

  • Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən, və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı yayımlanan xəbərə reaksiya verib.

    Asiy.az-ın a24.az-a istinadən məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:

    "Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.

    Qeyd edək ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra ötən gün görüntülənib. Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.


    ***

    2015-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra görüntülənib.

    Asiya.az A24.az-a istinadən xəbər verir ki, meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

    Qeyd edək ki, dələduzluqda təqsirləndirilən meyxanaçı 2013-cü ildən ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

    Xatırladaq ki, söz xiridarı barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

    Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov 2015-ci ilin yanvarından axtarışa verilib.
    Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O, "Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.

    Axtarışda olan məşhur meyxanaçının yeni — FOTOLARI YAYILDI- Yenilənib
    Axtarışda olan məşhur meyxanaçının yeni — FOTOLARI YAYILDI- Yenilənib
    PAYLAŞ:

    Oxşar xəbərlər