Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR - Tələbə kreditlərinin qaytarılması üçün...

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR - Tələbə kreditlərinin qaytarılması üçün...
  • Sosial

  • "Kifayət qədər Azərbaycan alimi xarici ali məktəblərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olur".

    Asiya.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Nazirin sözlərinə görə, ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan mütəxəssislərinin cəlb olunması üçün işlər görüləcək.

    C.Bayramov qeyd edib ki, bir neçə ildir ki aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir, amma Maarifçi Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil: "Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürk. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Biz bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq".
    PAYLAŞ:

    Oxşar xəbərlər