Bu barədə azxeber.com-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan iki nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin bədən səthi 100, digərinin isə 70-80 faiz yanıb. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.
Bundan başqa, partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.
"Report"un yazdığına görə, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.