Şagirdlərin olduğu avtobus qəzaya düşdü: çox sayda yaralı var- ADLARI və VƏZİYYƏTİ

Şagirdlərin olduğu avtobus qəzaya düşdü: çox sayda yaralı var- ADLARI və VƏZİYYƏTİ
  • Olay

  • Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

    Asiya.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

    Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

    Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

    BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 4 nəfər Təcili Tibbi Yardım Briqadası tərəfindən hadisə yerindən götürülüb. Onlardan ikisi şagirddir. Yaralıların vəziyyəti yaxşıdır, hazırda "Semaşko”da müalicə olunurlar.

    Sabaha xəstəxanadan evə buraxılacaqları gözlənilir.

    Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

    Asiya.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

    Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan Trend-ə verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər