Hər il olduğu kimi bu ildə yeni il münasibətilə bayram yarmarkaları təşkil olunub. Bayram çadrları əsasən metro stansiyalarının yaxnlığında quraşdırılıb.
Bayram çadrlarında əsasən yeni il atributları , şam ağacı, şaxta baba, qar qız oyuncaqları satışa çıxarılıb.
Bayram yolkalarının bəzədilməsi üçün aksesuarların qiymətləri isə ölçüsünə , görünüşünə görə dəyişir. Belə ki, yolka oyuncağının qiyməti 2 manatdan 12 manata qədərdir .
Qeyd edək ki, bayram yarmarkalarının açılmasında məqsəd Yeni il ərəfəsində küçələrdə pərakəndə satışın qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. (Xəzər TV)