Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürdü (FOTOLAR)-Yenilənib

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürdü (FOTOLAR)-Yenilənib
  • Manşet / Hadisə

  • "Buta Palace"-ın art-direktorunun arvadını niyə öldürdüyü məlum olub.

    Asiya.az sputnik.az-a istinadən xəbər verir ki, ilkin araşdırma öz nəticəsini verib. R.Taxveli etiraf edib ki, gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıblar. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

    Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

    Münaqişə zamanı kişi həyat yoldaşını hərəkətlərinə görə qınayıb. Qətl də aralarındakı yanlış anlaşma səbəbindən baş verib.

    Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

    Polis saxlanılan şəxsin maşınına baxış zamanı içində ümumi çəkisi 5.647 qram marixuana olan kibrit qutusu tapıb. Faktla bağlı cinayət işi açılıb.

    * * *

    Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.

    Asiya.az baku.ws-ə istinadən xəbər verir ki, dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

    Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

    Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

    Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.

    Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.


    PAYLAŞ:

    Oxşar xəbərlər