Asiya.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq müavini Asəf Məmmədov "Azinforum”a açıqlamasında deyib. O bildirib ki, jurnalistə də həmin yanlış xəbəri kimsə verib:
"Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm”.
Qeyd edək ki, bu ilin iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırlan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədovun 7 dekabrda intihar etdiyi barədə məlumat yayılmışdı.