İlham Əliyev icra başçısını işdən çıxardı- Foto+Dosye

İlham Əliyev icra başçısını işdən çıxardı- Foto+Dosye
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısı Razim İsa oğlu Məmmədovu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

    Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

    İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

    1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    1999-cu ildə yaradılmış "Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

    Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Ailəlidir, üç övladı var.


    İlham Əliyev icra başçısını işdən çıxardı- Foto+Dosye
    PAYLAŞ:

    Oxşar xəbərlər