Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO

Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO
  • Sosial, Manşet

  • Mübariz İbrahimova qarşı mövqeyi ilə gündəmə gələn Nərmin Şahmarzadə adlı psixoloq olduğu deyilən gənc xanımın sosial şəbəkə paylaşımına erməni millətindən olan şəxsin şərhi və N.Şahmarzadənin ona cavabı sosial şəbəkələrdə paylaşılıb.

    Axar.az xəbər verir ki, N.Şahmarzadənin erməni ilə bir-birinə sevgi və sayğılarını izhar etməsi şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Bildirilir ki, sonuncu dəfə Xocalı daxil olmaqla, azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törədən, günahsız qız-gəlini, uşaq və qocanı olmazın işgəncələrlə qətlə yetirən, torpaqlarımızı işğalda saxlayan, son yüz ildə 1,5 milyondan çox azərbaycanlını yurdundan qovub, 600-ə yaxın türk-müsəlman kəndini yer üzündən silən, minlərlə yaşayış məntəqəmizi xarabazara çevirən ermənilərin davam edən vəhşiliklərinə dözməyən Mübariz İbrahimova erməniyə sevgi ifraz edən gənc bir azərbaycanlı xanımın neqativ münasibəti qəbuedilməzdir.

    Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

    "Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.


    Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər