Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir?

Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir?
  • Siyasət / Araşdırma

  • Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilib.

    Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, Milli Məclisin millət vəkili Hacı Salayevin qardaşı olan Baba Salayev 2016-cı ilin yanvarında DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə DGK-nin Gömrük sahəsində hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilmiş general-mayoru Güloğlan Muradlını əvəz edib. B.Salayev daha əvvəl Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.

    Baba Hacı-Baba oğlu Salayev bu ilin noyabrın 20-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

    ///Axar.az
    PAYLAŞ:

    Oxşar xəbərlər