Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi

Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev İlham İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

    İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin".

    İlham İsmayılov təyinatı ilə bağlı Unikal.org-a açıqlama verib. O, rayonun sosial və iqtisadi həyatında ciddi dəyişikliklərin olacağı proqnozunu verib:

    "Mən təyinatımı yüksək etimad kimi dəyərləndirirəm. Bu, cənab prezidentin mənim üzərimə qoyduğu məsuliyyətdir. Çalışacam ki, İlham Əliyevin yüksək etimadını doğruldum. Mingəçevir şəhərinə dövlət dəstəyi var. Şəhərdə quruculuq, abadlıq işləri gedir və bu işlər davam etdiriləcək. Cənab prezidentin siyasəti birmənalı olaraq Mingəçevirdə yüksək aparılıb, bundan sonra da davam etdiriləcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər