“Dəmir Yolları”nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

“Dəmir Yolları”nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var
  • Olay

  • Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib.

    Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub.

    Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır.

    Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər