Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)

Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib.

    Asiya.az xəbər verir ki, unikal.org dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumat əldə edib.

    Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu dünən axşam saat 18:00-19:00 radələrində evə gələrkən avtomobilini Xətai rayonu, Sadıqcan küçəsində yaşadığı hündürmərtəbəli binanın qarşısında saxlayıb. Onun gəlməyini gözləyən qatil maşına yaxınlaşaraq, iki dəfə atəş açıb. Sonra avtomobilin qapısını açan şəxs və yaxud şəxslər onu bıçaqla qətlə yetiriblər. Mərhumun iki azyaşlı qızı var. Onun keçmiş MTN işçisi olduğu bildirilir.

    Unikal.org-un əldə etdiyi məlumata görə, qətlə yetirilən 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri Fərhad Vahabovun qardaşı oğludur.

    Xatırladaq ki, MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri, general-mayor Fərhad Vahabov da Eldar Mahmudovun ən yaxın kadrlarından biri hesab edilirdi. O, 2015-ci ilin noyabrında həbs olunub.


    Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)
    Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)
    Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)
    Bakıda generalın qardaşı oğlu bu avtomobildə GÜLLƏLƏNDİ - EVİNİN QARŞISINDA (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər