Masallı sakini bir gündə 2 maşın qaçırdı, qəzaya düşdü

Masallı sakini bir gündə 2 maşın qaçırdı, qəzaya düşdü
  • Hadisə

  • Masallı sakini bir gündə 2 maşın qaçırıb.

    Asiya.az xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 27 yaşlı Said Kərimov Heydər Əliyev prospektində yolun kənarında saxlanılmış Məhədin Alışova məxsus minik avtomobilini qaçırıb. O, avtomobili talama məqsədi olmadan qaçırıb və bu əməlini hobbi olaraq həyata keçirib. Seybətin küçəsində hərəkətdə olduğu zaman isə idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb. Daha sonra isə Seybətin dairəsinin yaxınlığında olan və Elvar Mənsimova məxsus digər avtomobili qaçırıb.

    Said Kərimovun qaçırdığı avtomobillər də tapılaraq geri qaytarılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər