Bakıdakı dəhşətli partlayışla bağlı CİNAYƏT İŞİ AÇILDI

Bakıdakı dəhşətli partlayışla bağlı CİNAYƏT İŞİ AÇILDI
  • Hadisə

  • Ötən gecə Yasamal rayonunda baş vermiş dəhşətli partlayışla bağlı cinayət işi açılıb.

    Publika.az-ın əldə etdiyi məlumata görə, bir ailənin 3 üzvünün öldüyü hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırmalar həyata keçirilir.

    Bildirilir ki, gecə saat 04 radələrində “Sovetski” kimi adlanan ərazidə (Nərimanov prospekti, köhnə hərbi komissarlığın yanı)taxta konstruksiyalardan ibarət evdə baş vermiş yanğınla nəticələnən partlayışda ev sahibi 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və qızı 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızı hadisə yerində vəfat edib.

    Partlayışın gücündən evin bir tərəfi aşaraq yolun kənarındakı maşının üstünə düşüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər