Ramil Usubov iki generalın yerini dəyişdi: Səlhab Bağırov komandir oldu

Ramil Usubov iki generalın yerini dəyişdi: Səlhab Bağırov komandir oldu
  • Siyasət / Manşet

  • Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.

    Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

    Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    İnformasiyanın doğruluğu DİN tərəfindən Oxu.Az-a təsdiqlənib.

    Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org saytı dərc edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər