Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video

  • Olay

  • Xocasən-Lökbatan yolunda qəza baş verib.

    Asiya.az xəbər verir ki, Türkiyəyə məxsus TIR aşaraq yolda hərəkəti məhdudlaşdırıb.

    Hadisə zamanı TIR-a ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb güclü külək olub.

    Küləyin gücü ilə TIR aşıb və qəza baş verib.

    Hadisə yerindən görüntünü təqdim edirik:

    Bakıda müşahidə olunan güclü külək nəticəsində Hüseyn Cavid prosepkti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində dayanacaq povilyonu uçub.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb.
    BNA-dan bildirilib ki külək səngiyəndən sonra dayanacaq povilyonunda bərpa işləri başlayacaq.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video
    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video

    Bakıda güclü külək daha bir fəsada səbəb olub.

    Hadisə bir neçə saat əvvəl Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

    İşıq dirəyi aşaraq hərəkətdə olan yük maşının üzərinə düşüb. Maşının yük yeri hissəsi sınaraq sıradan çıxıb, idarəetməni itirən maşın solundakı avtomobilə çırpılıb.

    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video

    Bu gün güclü külək Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli binanın damında quraşdırılmış plastik su çənini yerə atıb.

    Küləyin təsiri nəticəsində yerindən oynayan su çəni daha sonra həyətə yuvarlanıb. Çən həyətdə park edilmiş “Mitsubishi Outlander” markalı minik avtomobilinin üstünə düşüb. Nəticədə avtomobil şüşələri qırılıb, ban hissəsi tamamilə əzilib.

    Xoşbəxtlikdən hadisə vaxtı maşında heç kim olmayıb.

    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video
    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video
    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video
    Dayanacaq dağıldı, işıq dirəyi, TIR aşdı, su çəni damdan düşdü...- Küləyin Bakıda fəsadları- Foto+Video
    PAYLAŞ:

    Oxşar xəbərlər