Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı... – SON DƏQİQƏ

Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı... – SON DƏQİQƏ
  • Sosial

  • Saat 10.30-a olan məlumata əsasən, Xəzər dənizi akvatoriyasında "Günəşli”yatağı ətrafına dalğanın hündürlüyü 6,2 metrə qədər yüksəlib.

    Asiya.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

    Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:

    "Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Noyabrın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər