Zamirə Hacıyevanın əmlakı müsadirə olunur

Zamirə Hacıyevanın əmlakı müsadirə olunur
  • Sosial / Cəmiyyət

  • Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakı Böyük Britaniya hökuməti tərəfindən müsadirə oluna bilər.

    Qaynarinfo Britaniya mediasına istinadən xəbər verir ki, hökumət onun var-dövlətinin qeyri-müəyyən mənbəsi barədə iki order təqdim edib. Zamirə Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamasa, əmlakı müsadirə olunacaq.

    Müsadirə olunacaq əmlaklar sırasında onun Londonun qərbindəki Naytsbricdə 11,5 milyon funt-sterlinq (təxminən 25,4 milyon manat) dəyərindəki malikanəsi və Askotda dəyəri 10,5 milyon funt-sterlinq (təxminən 23,2 milyon manat) olan qolf klubu da var.

    Qeyd edək ki, "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders, UWO) çərçivəsində ötən il Londonda həbs olunan Zamirə Hacıyeva noyabrın 8-də zaminə buraxılıb. Bir neçə gün əvvəl isə onun dəyəri 1 milyon funt-sterlinqdən baha olan brilliant üzüyü Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər