Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE

Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE
  • Siyasət / Manşet

  • Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir vəzifəsinə təyin edilib.

    Asiya.az publika.az-a istinadən xəbər verir ki, Mustafa Abbasbəyli Milli Məclisin 1-ci çağırış (Gəncə şəhərindən) deputatlarından olan Aslan Abbasovun oğludur. A.Abbasov hazırda Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsini tutur.

    Mustafa Abbasbəylinin böyük qardaşı Məmməd Abbasbəyli isə "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür.

    Qeyd edək ki, nazirin müşaviri vəzifəsinə təyin edilən Mustafa Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər