Həbsxanalarda aclıq edən varmı? - Penitensiar xidmətdən açıqlama

Həbsxanalarda aclıq edən varmı? - Penitensiar xidmətdən açıqlama
  • Manşet / Hadisə

  • Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

    Asiya.az xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov report-un sorğusuna cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

    "Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib", - M.Sadıqov əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər