Milli Şuranın 26 yanvar mitinqinə icazə verilmədi: Generalın müraciəti əsasında

Milli Şuranın 26 yanvar mitinqinə icazə verilmədi: Generalın müraciəti əsasında
  • Siyasət

  • Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

    Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

    "Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək", - R.Əhmədli bildirib.

    Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib. Bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik təbdirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər