Səyavuş Aslanın səfil oğlunun acınacaqlı həyatı - VİDEO

Səyavuş Aslanın səfil oğlunun acınacaqlı həyatı - VİDEO
  • Mədəniyyət

  • Mərhum Xalq artisti, bir zamanlar “Şöhrət” ordeninə, prezident təqaüdünə layiq görülmüş mərhum sənətkar Səyavuş Aslanın böyük oğlu Çingiz Aslan uzun illərdir səfil həyatı yaşayır.

    Asiya.az xəbər verir ki, bu barədə məşhur aktyorun övladı Çingiz “Bizimləsən” proqramında məlumat verib.

    O, uzun illərdir yaşamağa evi olmadığını, harada gəldi gecələdiyini deyib. Arabir hostellərdə qalsa da, ağır xəstəliyi səbəbi ilə hostellər də artıq onu qəbul etmək istəmir. Serroz xəstəliyindən əziyyət çəkən Çingiz Aslan veriliş efirə getdikdən sonra müvəqqəti sığınacağa yerləşdirilib.

    Qeyd edək ki, Səyavuş Aslan əməkdar artist Ofeliya Aslanla evli idi və onların bu evlilikdən iki övladı dünyaya gəlmişdi.

    Səyavuş Aslanın kiçik oğlu Eldar Aslan uzun illərdir xaricdə yaşayır.


    PAYLAŞ:

    Oxşar xəbərlər