İlham Əliyev Ukraynada qəhrəmanlıq edən qardaşları təltif etdi

İlham Əliyev Ukraynada qəhrəmanlıq edən qardaşları təltif etdi
  • Sosial

  • Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif ediliblər.

    Asiya.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.

    Umudov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

    Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər