Antalyada azərbaycanlının meyiti tapıldı

Antalyada azərbaycanlının meyiti tapıldı
  • Dünya / Olay

  • Türkiyənin Antalya bölgəsində mənzildə Azərbaycan vətəndaşının meyiti tapılıb.

    Asiya.az xəbər verir ki, 34 yaşlı Saleh Abdullayevin meyiti kirayə qaldığı evin hamam otağında aşkarlanıb.

    Meyiti tapan S. Abdullayevin otaq yoldaşının anası olub. O dərhal bu barədə polisə xəbər verib.

    Bildirilir ki, S. Abdullayev turizm sektorunda çalışırdı. Onun ölüm səbəbi ekspertizadan sonra açıqlanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər