Xərçənglə bağlı qorxunc statistika — Azərbaycanda bu növləri yayılıb

Xərçənglə bağlı qorxunc statistika — Azərbaycanda bu növləri yayılıb
  • Dünya / Araşdırma

  • Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ilin onkoloji xəstəliklərlə bağlı statistikasını açıqlayıb.

    Asiya.az-ın Medicina.az-a istinadən xəbərinə görə, ÜST-nin hesabatında bildirilir ki, 2018-ci ildə 18 milyon nəfərə xərçəng diaqnozu qoyulub, 9,6 milyon insan isə bu xəstəlikdən dünyasını dəyişib.

    Ümidverici rəqəm də var. Diaqnoz qoyulandan sonra 5 il yaşayan xəstələrin sayı da artaraq 43,8 milyona çatıb.

    18 milyon onkoloji xəstənin yarısı Asiya ölkələrinin payına düşür, bu da o ölkələrdəki əhalinin sayına görədir.

    İnkişaf etmiş ölkələrdə xərçəng olmaq riski inkişaf etməkdə olan ölkələrdən bir neçə dəfə çoxdur. Lakin Asiya və Afrika ölkələri ilə müqayisədə Amerika və Avropa ölkələrində xəstələrin müalicə və yaşama şansı daha yüksəkdir.

    Ən geniş yayılmış onkoloji xəstəliklər siyahısında ilk üçlükdə - ağciyər, süd vəzi və bağırsaq xərçəngi yer alıb.
    Rusiyada birinci yerdə süd vəzi, ikinci yerdə prostat vəzi xərçəngidir.

    Azərbaycanda isə ən çox süd vəzisi, ağciyər, mədə, bağırsaq və qida borusunun xərçəngi aşkar edilir

    Ən çox ölüm payı ağciyər xərçəngi, daha sonra bağırsaq və mədə, qaraciyər şişlərində qeydə alınıb.

    Bir sıra onkoloji xəstəlik növləri isə getdikcə azalır. Şimali Amerika və şimali Avropada kişilər arasında ağciyər xərçəngi azalmağa doğru gedir.

    Hesabata görə, siqaretdən imtina öz bəhrəsini verir. Eləcə də xüsusi vaksinasiya sayəsində bu ölkələrdə qadınlar arasında uşaqlıq boynu xərçəngi də azalır.

    Mütəxəssislər artıq qadınlar arasında ağciyər xərçənginin baş qaldırdığı barədə həyəcan təbili çalır.

    Şimali Amerika, Avropa – Danimarka və Niderlandda, eləcə də Çində qadınların ağciyər xərçənginə tutulması halları artıb. ÜST rəhbəri doktor Freddi Brey bu ölkələrdə siqaret çəkmə ilə effektiv mübarizə üsulları barədə düşünməyin vaxtı çatdığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər