Abşeronda ağır qəza

Abşeronda ağır qəza
  • Olay

  • Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

    Asiya.az-ın məlumatına görə, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

    99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

    Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

    Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

    “10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər