Kenquruların tullana-tullana gəzməsinin sirri açıldı

Kenquruların tullana-tullana gəzməsinin sirri açıldı
  • Maraqlı

  • Kenqurular heç də həmişə tullana-tullana gəzmirmiş. Onlarda təxminən 20 milyon il əvvəl bu vərdiş yaranıb. Kenquruların iqlim dəyişikliyinə görə bu vərdişə yiyələndiyi deyilirdi.

    Asiya.az xəbər verir ki, İsveçin Uppsal universitetinin əməkdaşları tamam başqa qənaətə gəliblər. İndki kenquruların əcdadı Nambaroo gillespieae adlanan heyvanın tədqiq olunması fərqli nəticə ortaya çıxarıb. Əvvəllər hesab olunduğu kimi, iqlim dəyişikliyi kenqurularda yeni vərdiş formalaşdırmayıb. Onlar acından tullanmağa başlayıb. Qida çatışmazlığı bu vərdişi yaradıb. Kenquruların daha tez yerdəyişməyə ehtiyacı varmış. Bu yolla daha tez qida əldə etmək mümkündür. Kenquruların əcdadının arxa ətraflarının tədqiqi belə deməyə əsas verir.

    Nambaroo gillespieae dörd pəncəsi üzərinə gəzirmiş, tullana bilmirmiş. Bu vərdiş zaman-zaman yaranıb. Hələ kenquruların əcdadı aclığa qarşı belə metod istifadə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər