Millimizə daha bir serbiyalı məşqçi gətirildi

Millimizə daha bir serbiyalı məşqçi gətirildi
  • İdman

  • Azərbaycana daha bir serbiyalı baş məşqçi gətirilib.

    Asiya.az xəbər verir ki, bu, Miloş Velebitdir.

    Onunla dünən müqavilə bağlanılıb (bunu təqdim etdiyimiz foto da təsdiqləyir – S.M.).

    39 yaşlı məşqçi 16 yaşadək millimizə (U-16) baş məşqçi təyin olunub. İnternet mənbələrində onun yalnız 2001-ci ildə Avstriyanın “Politsay” (Vyana) klubunda oynadığı görünür.

    Velebit Azərbaycana gələnədək Yunanıstan Super Liqasında mübarizə aparan “Ksanti” klubunda işləyib. O, orda Milan Rastavatsın köməkçisi olub.

    Pro kateqoriyalı olan Velebitin əvvəlki karyerasına baxsaq, Serbiyanın U-17, U-19 millilərində, eləcə də ölkəsinin “Banat” klubunda köməkçi məşqçi işlədiyi görünür.

    Ancaq onun Serbiyanın U-16, U-18, U-19, eləcə də “Smederevo” klubunda baş məşqçi işlədiyi an da olub.

    Qeyd edək ki, əvvəl U-21 millimizə serbiyalı Miloş Obradoviç təyin edilib. Əsas millimiz üçün isə xorvatiyalı Nikola Yurçeviçin baş məşqçiliyi məsələsi gündəmdədir.

    Onu da bildirək ki, əvvəl U-16 millimizi Azər Məmmədov çalışdırırdı. O, dekabrda U-19-un baş məşqçisi Vüqar Məmməd istisna olmaqla, digər milli çalışdırıcıları kimi istefaya göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər