“Çin 3-cü Dünya Müharibəsinə hazırlaşır”

“Çin 3-cü Dünya Müharibəsinə hazırlaşır”
  • Dünya

  • ABŞ-ın xaricdə 800, Çinin isə cəmi 1 hərbi bazası var
    Asiya.az xəbər verir ki, Respublikaçı senator James İnhofe Senatda çıxışı zamanı kəskin fikirlər səsləndirib: “Belə görünür ki, siz (Çin nəzərdə tutulur. E.H) III Dünya Müharibəsinə hazırlaşırsız”. Çin və Rusiya ilə bağlı dinləmələr zamanı senator söyləyib ki, siz bizim müttəfiqlərlə danışıqlar aparırsınız. Bilmək istəyirsiz ki, III Dünya Müharibəsi olsa, onlar kimin tərəfini tutacaqlar.

    Senator bildirib ki, rəsmi Pekin Cənubi Çin dənizində süni adalar yaratdı ki, lazım bildikdə oraya öz hərbi birləşmələrin yerləşdirsin. ABŞ isə bu prosesi, sadəcə müşahidə etməklə kifayətləndi.

    Çin prezidenti Xi Jinping isə hərbçilərə ilk müraciətində açıq şəkildə dedi ki, bütün hərbi birləşmələr milli təhlükəsizliyin önəmini dərindən dərk etməli və döyüşə hər an hazır olmalıdır.

    Ötən il istefa verən general Ben Hodges xəbərdarlıq edir ki, yaxın 15 ildə ABŞ ilə Çin arasında müharibənin olması ehtimalı çox yüksəkdir. Amerika Çin təhlükəsini Avropa və Sakit okeanda neytrallaşdırmaq üçün kifayət qədər gücə malik deyil.

    Siyasi analitiklər isə xatırladır ki, ABŞ-ın ölkə xaricində 800, Çinin isə yalnız 1 hərbi bazası var. Çinin hərbi bazası Cibutidə yerləşir.

    ABŞ NATO-nu Rusiya sərhədlərinə qədər genişləndirib. İran, Şimali Koreya, Venesuelanı ciddi çətinliklərlə üz-üzə qoyub. Bu ölkələrin isə Çinlə isti münasibətləri var. Amerika Çinə münasibətdə daha sərt mövqedə olmalıdır. Məsələn, rəsmi Pekinin yeritdiyi “Vahid Çin” siyasətinə qarşı çıxmalıdır. Bu siyasətə görə Çin Tayvanı özünün bir parçasına çevirmək istəyir.(musavat)
    PAYLAŞ:

    Oxşar xəbərlər