Asiya.az xəbər verir ki, Maskın açıqlamasına əsasən, Qırmızı planetə uçuş biletinin qiyməti 500 min dollardır. Mask qeyd edib ki, növbəti illərdə bu qiymət 100 min dollar qədər ucuzlaşacaq.
“Tesla”nın sahibi qeyd edib ki, insanlar evlərini sataraq Marsa gedəcəklər. Geri qayıtmaq üçün isə bilet pulsuz olacaq. Mask özünün də Marsda yaşama ehtimalının 70% olduğunu deyib.