Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq

Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq
  • İqtisadiyyat

  • Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.

    Asiya.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

    O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:

    "Azərbaycan üçün bu, yəqin ki, yenilik olacaq. Əsas mexanizm ondan ibarətdir ki, agentlik və ya istehsalçılar özləri məhsulun tələb uyğunsuzluğunu aşkar etsə, o zaman onlar həmin məhsulları geri çağırmalıdırlar"

    Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
    PAYLAŞ:

    Oxşar xəbərlər