Banka krediti olanlar mütləq oxusun! - YENİLİK VAR

Banka krediti olanlar mütləq oxusun! - YENİLİK VAR
  • İqtisadiyyat

  • Azərbaycan bankları problemli kreditlərlə bağlı məhkəmə qərarlarının icrasını onlayn izləyə biləcəklər.

    Asiya.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin İcra Baş idarəsi tərəfindən məhkəmə qərarlarının elektron icrası sisteminin işə salınması sayəsində mümkün olub.

    2019-cu ilin yanvarından fəaliyyətə başlayan yeni sistem nəticəsində məhkəmə qərarlarının icrasına nəzarət güclənməklə yanaşı, borclu müştərilər barədə məlumatların toplanması da asanlaşıb. Kreditlərlə bağlı məhkəmə işlərinin icrasını izləmək istəyən bankların nümayəndələri İcra Baş İdarəsinin mütəxəsisləri ilə birlikdə icranın hansı mərhələdə olduğunu izləyə biləcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər